
Qana milli komandası "Kristal Pelas"ın hücumçusu Eddi Nketianı milli komanda seçimini dəyişməyə inandırmaq üçün növbəti cəhdini edib.
Fanat.Az xəbər verir ki, İngiltərə yığmasında cəmi 1 rəsmi matça çıxan 25 yaşlı hücumçunun hələ də Qana millisini seçmək hüququ çatır.
Afrika təmsilçisinin rəhbərliyi futbolçuya komandanın əsas hücum silahı olacağını vəd edir.
Futbolçunun hazırda təklifləri dəyərləndirdiyi və yaxın günlərdə son qərarını verəcəyi bildirilir.