
İngiltərə klubunun cinah oyunçusu məşq zamanı topuğundan zədə alıb.
Fanat.Az xəbər verir ki, “Tottenhem”in baş məşqçisi Roberto De Zerbi futbolçunun zədəsini təsdiqləyib.
O, Mudrikin tezliklə komandaya qayıtmasına ümid etdiyini bildirib:
“Mudrik üçün bu, uğursuz zədə oldu. Onun mümkün qədər tez dönməsini istəyirik. O, artıq kifayət qədər əziyyət çəkib, biz isə vacib futbolçumuzu itirmişik”, – deyə italiyalı mütəxəssis bildirib.
Ulduz futbolçu zədə səbəbindən “Everton”la keçiriləcək qarşılaşmanı buraxacaq. Onun milli komandaların oyunları ilə bağlı fasilədən sonra meydana qayıdacağı gözlənilir.
Qeyd edək ki, ukraynalı gənc oyunçu cari mövsümün əvvəlində “Çelsi”dən “Tottenhem”ə icarə əsasında keçib və ötən həftə “Nottingem Forest”lə oyunda yeni komandasında debüt edib.
Əlisahib İbrahimli