
İngiltərənin "Arsenal" klubu "Komo"da çıxış edən argentinalı hücumçu Niko Pazın çıxışını yaxından izləyir.
Fanat.Az xəbər verir ki, "topçular" hücumun yaradıcı zonasını gücləndirmək üçün gənc futbolçunun transferini prioritet variantlardan biri sayır.
Lakin bu keçiddə London təmsilçisinin qarşısına ciddi bir maneə çıxa bilər.
Belə ki, oyunçunun sabiq klubu "Real Madrid" müqavilədəki bəndə əsasən Niko Pazı 80 milyon avro qarşılığında geri almaq hüququna malikdir.