
“Qəbələ”nin məşqçisi Amil Ağacanov Premyer Liqanın 5-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Stadionda çox möhtəşəm ab-hava var idi. Belə stadionlar, belə azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək. Oyuna gəlincə, ikinci hissədə daha yaxşı təsir bağışladıq. İkinci yarıda ilk hissəyə baxanda daha çox topa nəzarət etdik. Birinci hissədə top itkilərimiz çox oldu. Bu gün bizdə aqressiya yox idi. Ola bilər ki, individual hansısa futbolçu güclü olsun, amma istək-xarakter olmasa, çox çətin olacaq. Bu gün rəqib bizdən daha istəkli idi və qələbə qazandı".