
İspaniyanın La Liqa təmsilçilərindən olan "Valensiya" yeni baş məşqçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, komanda 67 yaşlı Xavyer Aqirreyə tapşırılıb.
Aqirrenin son iş yeri 2024-2026-cı illər aralığında rəhbərlik etdiyi Meksika millisi olub. Sözügedən yığma DÇ-2026-da 1/8 finala qədər irəliləyib və bu mərhələdə İngiltərəyə uduzub - 2:3.
Qeyd edək ki, 7 turdan sonra hesabında 4 xal olan "Valensiya" hazırda La Liqanın turnir cədvəlində 19-cu yerdədir. "Yarasalar" növbəıti çempionat matçını qonaq qismində "Rasinq"ə qarşı keçirəcəklər.
Nihat