"Qısa dönəmdə inanılmazı reallaşdıra, ikinci dəfə trebl edə bilərik. Bunun üçün "Bavariya"ya qələbə lazımdı. PSJ isə bütün gücü ilə bizə mane olmağa çalışacaq".
Fanat.Az xəbər verir ki, bunu "Bavariya"nın hücumçusu Tomas Müller deyib. Təcrübəli oyunçu Çempionlar Liqasının bu gün baş tutacaq finalı haqda klubun mətbuat xidmətinə açıqlama verib:
"Paris təmsilçisinin əla futbolçuları var. Ümumi baxsaq, onlar bizdən daha təcrübəli görünürlər. Ancaq biz özümüzə inanırıq! İndi mövsümü yüksək notda başa vurmalı, istirahətə yaxşı əhvalda yollanmalıyıq. Matça lazımınca köklənmişik. Çempionlar Liqasının baş mükafatına sahib çıxmaq, Avropanın kralları olmaq istəyirik!"
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol