
PSJ "Barselona"nın hücum oyunçusunu rənglərinə bağlayıb.
Fanat.Az xəbər verir ki, Fransa təmsilçisi Ferran Torresin transferini açıqlayıb.
İnformasiyanı klubun mətbuat xidməti yayıb.
26 yaşlı forvard Paris klubunda 9 nömrəli formanı geyinəcək. Oyunçu ilə imzalanan müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub.
Torres PSJ-yə gəldiyi üçün xoşbəxt olduğunu və ona şans verdiklərinə görə, klub prezidentinə həmçinin Luis Enrikeyə minnətdarlığını bildirib.
Qeyd edək ki, Ferran 2026-cı ildə keçirilən dünya çempionatı finalında İspaniyaya kuboku gətirən qolun sahibidir. O, ötən mövsüm "Barselona"nın heyətində 49 matça çıxaraq, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli