"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer "Liverpul"un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karragerin onun haqqında dediklərinə münasibət bildirib.
Fanat.Az-ın məlumatına görə, norveçli mütəxəssis "MY-yə Sulşer yox, güclü baş məşqçi lazımdır" söyləyən veteran futbolçuya şəxsi "Twitter" hesabında belə cavab verib:
"Mənim öz üstünlüklərim, öz üslubum var. Özümə inanıram və hazırda klub rəhbərliyi də mənə güvənir. Ceymi Karragerin haqqımda dediklərinin nəyisə dəyişməyəcəyinə əminəm".
Qeyd edək ki, "Mançester Yunayted" 8 turu geridə qalan İngiltərə Premyer Liqasında 6-cı pillədə qərarlaşıb. Çempionlar Liqasında isə "qırmızı şeytanlar" ilk 2 turdan sonra F qrupunun üçüncüsüdür.
Nihat