"İlk yarıda yersiz top itkilərimiz bizə problem yaratsa da, pis müdafiə olunmadıq. Rəqibə ərazi üstünlüyü vermədik. İkinci hissədə matç heç-heçəyə gedirdi. Oyunu gücləndirmək üçün dəyişikliklərə əl atdıq. Əvəzləmələrimiz işə yaradı".
Fanat.Az xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə Moskva "Lokomotiv"i üzərində 1:0 hesablı qələbə qazanan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim deyib.
Rusiyanın paytaxtında baş tutan matçdan sonra ənənəvi mətbuat konfransına qatılan İstanbul təmsilçisinin çalışdırıcısı qapılarından top buraxmadıqlarını qabardıb: "Çətin qrupda mübarizə aparırıq. Keçirdiyimiz oyunlarda qapımızda qol görməmişik. İndilik bu məqamı uğur saymaq olar".
Nihat