Moskva "Spartak"ının fan-klubunun sabiq direktoru Valentin Korşunov həbs edilib.
Fanat.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən "Spartak" - "Lester Siti" oyunundan (3:4) sonra jurnalist Aleksandr Şyoqolyova hücum edən Korşunov 2 ay dəmir barmaqlıqlar arasında qalacaq.
Çıxarılan hökm Moskvanın Tuşinski Rayon Məhkəməsində bu gün - oktyabrın 22-də oxunub.
Daha öncə Korşunov 5 min rubl cərimə olunmuş və onun yaxın 2 il ərzində futbol matçlarını stadionlardan izləməsi yasaqlanmışdı.
Xatırladaq ki, sərxoş Valentin "Spartak"ın uduzduğu matçın ardından onun videogörüntülərini çəkən jurnalisti təhqir etmiş və döymüşdü.
Nihat