Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand bu il yaşıl meydanlardan kənarda qala bilər.
Fanat.Az xəbər verir ki, 21 yaşlı norveçli forvardın zədəsi gözləniləndən daha ağır çıxıb.
Bud əzələsi yırtılan Holandın ailəsinin yaxın dostu - Frankfurt "Ayntraxt"ının sabiq forvardı Yan Oqe Fyertoft gənc hücumçunun 2021-ci ildə futbol oynamaq şansını belə dəyərləndirib:
"Erlinq üçün ötən çərşənbə axşamı "Ayaks"a qarşı keçirdiyi matç bu il keçirdiyi son oyun ola bilər. Zədəsi ciddidir".
Nihat