Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emrelinin Avropa Liqasının pley-off mərhələsində İspaniya "Sevilya"sına qarşı oynayıb-oynamayacağı hazırda azərbaycanlı futbolsevərləri maraqlandıran əsas məsələlərdəndir.
Fanat.Az xəbər verir ki, Xorvatiya təmsilçisinin baş məşqçisi Jelko Kopiç önəmli qarşılaşma ərəfəsində yerli jurnalistlərin ona ünvanladığı sualı belə cavablandırıb:
"Mahir öz mövqeyindəki oyunçularla rəqabət aparır. Amma start heyətində kimlərin oynayacağını görüş başlayanda biləcəyik. Daha çox Bruno Petkoviçin ilk "11-lik"də olacağını düşünürəm. Çünki onun hazırlığından razı qaldım. Hamı oyuna hazırdır. Səbirsizliklə qarşılaşmanın başlamasını gözləyirik".
Fevralın 17-də keçiriləcək "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.