
İtaliyanın “Breşiya” klubu baş məşqçi Filippo İnzaqi ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hazırda çempionatda 5-ci yerdə qərarlaşan "Breşiya" rəhbərliyi 48 yaşlı mütəxəssisin müqaviləsinə xitam verməyi məqsədəuyğun bilib.