
"Barselona"nın gənc ulduzu Pedri Kataloniya klubundan əvvəl "Real Madrid"də baxışda olsa da, bəyənilməyib.
Fanat.Az xəbər verir ki, bunu o özü ispaniyalı jurnalistlərə açıqlayıb.
İki il əvvəl 17 milyon avroya "Barselona"ya transfer olunan yarımmüdafiəçi "Real Madrid"də keçirdiyi günlərdən bəhs edib: "Ora getdim və ilk günlər qara görə məşq edə bilmədim. Cəmi üç gün məşq etdim. Bir gün məni B komandasına göndərdilər. Sonda dedilər ki, o səviyyədə deyiləm və məni izləməyə davam edəcəklər. Mən indi burada - olmaq istədiyim yerdəyəm. Heç kim rədd cavabını almağı sevmir, amma bu məni motivasiya edirdi. "Barselona"da oynamaqdan zövq alıram".
"Transfermarkt"ın məlumatına görə, Pedrinin dəyəri 90 milyon avrodur. Onun "Barselona" ilə müqaviləsinin müddəti 4 illikdir.