
"Barselona"nın hücumçusu Memfis Depay karyerasını "Tottenhem"də davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, 28 yaşlı niderlandlı sözügedən İngiltərə təmsilçisinin bu yay üçün əsas transfer hədəfidir. Mənbə "Yuventus" və "Milan"ın da maraqlandığı futbolçunun məhz Hotspur klubuna keçmək ehtimalının daha yüksək olduğunu bildirib.
Xatırladaq ki, 2021-ci ilin yayında "Olimpik Lion"dan ayrılan Depay "Barselona"ya azad agent statusu ilə qoşulub. Bu mövsüm İspaniya La Liqasında 20 matça çıxan Niderland millisinin üzvü 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat