"Napoli"nin müdafiəçisi Kalidu Kulibali böyük klubların transfer siyahısına düşməsinə baxmayaraq, Neapol təmsilçisində qalmaq istəyir.
Fanat.Az "Tutto Napoli"yə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Barselona"nın istədiyi futbolçu "Napoli" ilə yeni müqavilə imzalamaq arzusundadır.
İndiki sözləşməsinin müddəti cari mövsümün sonunda başa çatacaq 30 yaşlı oyunçu rəhbərlikdən uyğun təklif gözləyir. Seneqallı müdafiəçi yerli publikanın sevimlilərindən sayıldığı üçün iş yerini dəyişmək niyyətindən uzaqdır.
"Transfermarkt" portalı Kulibaliyə 45 milyon avro qiymət qoyub.
Nihat