Çempionlar Liqasında qrup mərhələsinin II turu çərçivəsində bir oyunun vaxtı dəyişdirilib.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
“Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya) görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 13-də yox, ertəsi gün keçiriləcək. Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemlərə görə belə qərar qəbul olunub.
Beləliklə, matç sentyabrın 14-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) başlayacaq.
“Napoli” azarkeşləri Şotlandiyanın Qlazqo şəhərindəki “Aybroks” stadionuna buraxılmayacaq. “Reyncers” azarkeşləri də İtaliyada “Napoli” ilə cavab oyununda iştirak edə bilməyəcəklər. UEFA azarkeşləri bu vəziyyətə hörmət etməyə və başa düşməyə çağırıb.
Mirağa