UEFA avrokubok oyunlarını Amerikaya köçürür.
Fanat.Az xəbər verir ki, "Ace" nəşrinin bir neçə gün əvvəl Çempionlar Liqasının finalının Nyu-Yorkda keçiriləcəyi ilə bağlı iddiasını "Guardian" daha da inkişaf etdirib.
Məlum olub ki, nəinki Avropa Superkuboku okeanın o tayında oynanılacaq, hətta Amerika klubunun da onu qazanmaq şansı olacaq: "UEFA aylardır ki, Superkubokun daha cəlbedici və gəlirli olması üçün çalışır. Hazırda bu kubok uğrunda bir matç neytral meydanda, Çempionlar Liqasının və Avropa Liqasının qalibi tərəfindən keçirilir. Ancaq bugünlərdə Nyonda formatın dəyişdirilməsinə qərar verilib. Superkuboku "Dördlər Finalı" əvəzləyəcək. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qalibləri kubok uğrunda mübarizə aparacaqlar. Dördüncü klub MLS çempionu olacaq. Dörd oyun keçiriləcək; iki yarımfinal, "təsəlliverici final", yəni üçüncü yer uğrunda oyun və final qarşılaşması".
Mirağa