
Portuqaliyalı məşqçi Joze Mourinyu çalışdırdığı klublardan ayrılarkən aldığı təzminatlarla diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, 62 yaşlı mütəxəssis bu günə qədər klublardan ümumilikdə 115 milyon avro gəlir əldə edib.
İllərə görə təzminatlar:
“Çelsi” – 21 milyon avro (2007)
“Real Madrid” – 20 milyon avro (2013)
“Çelsi” – 14,5 milyon avro (2015)
“Mançester Yunayted” – 20 milyon avro (2018)
“Tottenhem” – 21 milyon avro (2021)
“Roma” – 3,5 milyon avro (2024)
“Fənərbağça” – 15 milyon avro (2025)
Beləliklə, Mourinyu karyerası ərzində ayrılıqlardan 115 milyon avro qazanaraq futbol tarixində ən çox təzminat alan məşqçilərdən biri olub.
Kamil Xudiyev