
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçiriblər.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət yığma X turda Bolqarıstan seçməsinə 2,5-1,5 hesabı ilə qalib gəlib.
Qadınlardan ibarət komanda isə Sloveniya seçməsinə uduzub - 0,5-3,5.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və ümumilikdə 11 turdan ibarət olan 46-cı Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 27-də yekun vurulacaq.