
“Bayer Leverkuzen”in “Liverpul”da çıxış edən Florian Virtsi transfer etmək planı ilə bağlı yeni məlumat yayılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı almaniyalı jurnalist Kristian Falk yayıb.
Onun sözlərinə görə, “Bayer Leverkuzen” hazırda 23 yaşlı yarımmüdafiəçini transfer etmək üçün konkret addımlar atmır. Klubun futbolçunu yalnız “Bayern Münhen”in vingeri Maykl Olisenin gələcəyi ilə bağlı vəziyyət dəyişəcəyi təqdirdə nəzərdən keçirə biləcəyi bildirilir.
Virts 2025-ci ildə “Bayer Leverkuzen”dən “Liverpul”a keçib. Onun İngiltərə klubundakı çıxışı gözləntiləri tam doğrultmasa da, Mersisayd təmsilçisinin futbolçunu satmaq niyyətində olmadığı vurğulanıb.
Məlumata görə, “Liverpul” rəhbərliyi Virtsin komandada qalacağına və yaxın gələcəkdə əvvəlki formasına qayıdacağına inanır. Bu səbəbdən Florianın qış transfer pəncərəsində satılması planlaşdırılmır.
Əlisahib İbrahimli