
Zaur Hacıyevlə yolları ayırdığını açıqlayan "Xankəndi" yeni baş məşqçisi ilə münasibətləri rəsmiləşdirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, komanda Röyal Nəcəfova tapşırılıb.
Ötən mövsüm "Baku Sportinq"in çalışdırıcısı qismində adından söz etdirən gənc mütəxəssislə 1 mövsümlük saziş imzalanıb.
Xatırladaq ki, 3 oyuna 1 xal qazana bilən "Xankəndi" hazırda 1-ci Liqanın turnir cədvəlində 7-ci pillədə mövqe tutub. Qarabağ təmsilçisi ötən mövsüm 2-ci Liqada çempion olaraq 1-ci Liqaya yüksəlib.
Nihat