
İspaniyanın "Real Madrid" klubu müdafiə xəttindəki gələcək varisliyi təmin etmək üçün transfer axtarışlarını davam etdirir.
Fanat.Az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi "Ştutqart"ın mərkəz müdafiəçisi Finn Yelçi transfer etmək imkanlarını yaxından araşdırır.
Antonio Rüdigerin müqaviləsinin son ilinə qədəm qoyması və Eder Militaonun zədə problemləri rəhbərliyi 20 yaşlı stoperin namizədliyinə yönəldib.
Transfer bazarında dəyəri 35 milyon avro qiymətləndirilən gənc futbolçu üçün ispanların tezliklə hərəkətə keçəcəyi bildirilir.