
Cari mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsinin müddəti başa çatacaq Bernardu Silva ilə “Milan” yaxından maraqlanır.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı futbolçunun heyətə qatılması üçün danışıqlara başlamağı planlaşdırır.
Məlumatlara görə, Silva bu mövsüm göstərdiyi performansla həm klubunda, həm də beynəlxalq arenada diqqət mərkəzinə düşüb.
Təcrübəli futbolçu müxtəlif mövqelərdə çıxış edə bilir və taktiki çevikliyi ilə komandaya əlavə üstünlük gətirir.
"Milan” rəhbərliyi onun təcrübəsini və texniki bacarığını gələcək mövsümlərdə strateji gücə çevirmək istəyir.
Bu mövsüm 12 matçda 1 qol və 2 asistlə yadda qalan Bernardunu transfer dəyəri 35 milyon avro ilə qiymətləndirilir.
Kamil Xudiyev