
"Mançester Yunayted" qış transfer pəncərəsində “Borussiya Dortmund” klubunun gənc ulduzu Cob Bellingemi heyətinə qatmaq üçün danışıqlara start verib.
Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar” 19 yaşlı yarımmüdafiəçini artıq uzun müddətdir izləyir və transferin qış pəncərəsində yekunlaşmasını istəyirlər.
Bellingemin "Borussiya" ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər olsa da, klub rəhbərliyi gələcəkdə onun transferindən gəlir əldə etmək niyyətindədir.
Gənc futbolçu bu mövsüm Dortmund klubunun forması ilə 12 oyunda 3 qol və 2 assist ilə yadda qalıb.
Kamil Xudiyev