
Çempionlar Liqasının ardından bu gün UEFA Avropa Liqasında növbəti tur start götürür.
Fanat.Az xəbər verir ki, Türkiyə nəhəngi "Fənərbağça" doğma meydanda "Ferentsvaroş" ilə üz-üzə gələcək. Macarıstan çempionu keçirdiyi 4 oyunda məğlub olmayıb və 10 xalla 3-cü yerdədir. Hesabında 7 xal olan istanbullular isə 15-ci pillədə qərarlaşıb. Növbəti qələbə "sarı-lacivərdlilər"in turnir mövqeyini xeyli yaxşılaşdırmağa imkan verəcək.
Matçın start heyətlərini təqdim edirik:
"Fənərbağça": Ederson, Semedu, Yiğit Efə Demir, Şkrinyar, Braun, Taliska, Asensio, Alvares, Oğuz, Kərəm, En-Nesiri
Baş məşqçi: Domeniko Tedesko
"Ferentsvaroş": Dibuş, Sisse, Rəemekers, Salay, Makreçkis, Kaniçovski, Keyta, Zaxariassen, Kadu, Varqa, Yusuf
Baş məşqçi: Robbi Kin