
Kabo-Verde milli komandasının baş məşqçisi Bubista DÇ-2026-nın 1/16 final mərhələsində qarşılaşacaqları Argentinayla oyun ərəfəsində fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, "Ole" onun dediklərini belə çatdırıb:
"Pley-offa çıxmağın mümkün olduğunu düşünürdük. Komanda həqiqətən də birliyimizi dünyaya göstərmək istəyirdi və növbəti mərhələyə yüksəldiyimiz üçün çox qürur duyuruq. Biz kiçik bir ölkəyik, amma nail olmaq istədiyimiz şey uğrunda mübarizə aparırıq.
Argentinaya qarşı oynamaq bizim üçün böyük şərəfdir. Argentina bəşər tarixinin ən yaxşı oyunçularından olan Leoya sahibdir. Məsuliyyətlə oynayacağıq. Əlbəttə ki, bu, bütün Kabo-Verde xalqı üçün sevinc mənbəyidir. Pley-offda Argentina və Lionel Messiyə qarşı oynamaq imkanı möhtəşəmdir".
Kabo-Verde üç oyundan üç xal qazanaraq H qrupunda ikinci yeri tutub. Onlar ilk pley-off matçında Argentina ilə qarşılaşacaqlar. Qarşılaşma 4 iyulda baş tutacaq.
Mirağa