
Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Argentina və İordaniya milliləri arasında keçirilən matçın ən yaxşı oyunçusu bəlli olub.
Fanat.Az xəbər verir ki, Cənubi Amerika təmsilçisinin heyətində Covani Lo Çelso fərqləndirilib.
O, komandasının 3:1 hesabı ilə qələbəsində ilk qola imza ataraq pay sahibi olub.
Qeyd edək ki, iyunun 11-də başlayan DÇ-2026 iyulun 19-da yekunlaşacaq. J qrupunda 9 xal toplayan Argentina yığması 1/16 finalda Kabo Verde seçməsi ilə üz-üzə gələcək.
Toğrul