
Futbol üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Argentina yığmasına 1:3 hesabı ilə uduzaraq qrup sonuncusu olan İordaniya millusinin baş məşqçisi Camal Sellami fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Heyətində mükəmməl oyunçular cəmləşmiş komandaya qarşı oynadıq. Rəqib dünyanın ən güclü yığmalarından biridir. Qrup mərhələsində Argentinaya qol vuran yeganə komanda bizik. Rəqibə qarşı necə mübarizə aparmaq lazım olduğunun fərqindəydik.
Keçirdiyimiz hər 3 oyunda qol vurduq. Amma xırda səhvlər bizə çox baha başa gəldi və məhz bu səbəbdən qapımızda qollar gördük. Son dünya çempionuna qarşı oynayırsansa, buraxdığın səhvlərin cəzası ağır olur.
Biz fiziki planda artırmalı, yeni səviyyəyə çatmağa can atmalıyıq".