
"Qarabağ" Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, sözügedən ölkədə yerli "VSG Tirol" komandası ilə gücünü sınayacaq "köhlən atlar"ın oyununu Azərbaycanda canlı izləmək mümkündür.
Bakı vaxtı ilə saat 19:00-da start götürəcək və "In Gernot Langes" stadionunda keçiriləcək qarşılaşmanı "Sport TV" (TVNET) kanalı canlı yayımlayacaq.
Xatırladaq ki, "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib - 4:3. "Köhlən atlar" Avstriyada daha 2 sınaq matçı keçirməyi planlaşdırıb. Son iki qarşılaşma eyni gündə - iyulun 1-də təşkil olunacaq. Ukraynanın "Xarkov" komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.