
2025-ci ildə dünyada forması ən çox satılan futbolçunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu, İspaniya millisinin və "Barselona"nın gənc ulduzu Lamin Yamaldır.
"SPORTF"-un məlumatına görə, vinger satış cədvəlinə başçılıq edir. “Barselona”nın hücumçusunun adını daşıyan köynəklər 1 milyon 315 min nüsxə satılıb.
Reytinqdə ikinci yeri Lionel Messi tutub.
İlk "5-lik" isə belədir:
Lamin Yamal – 1.315.000 nüsxə
Lionel Messi – 1,278,000
Robert Levandovski - 1,110,000
Kilian Mbappe - 1.020.000
Vinisius Junior - 992.000.