
UEFA Avropa Liqasına və növbəti mövsümə Avstriyada hazırlaşan "Qarabağ" təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv sözügedən ölkədə yerli "VSG Tirol" komandası ilə gücünü sınayacaq.
Bakı vaxtı ilə saat 19:00-da start götürəcək qarşılaşma "In Gernot Langes" stadionunda keçiriləcək.
Xatırladaq ki, "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib - 4:3. "Köhlən atlar" Avstriyada daha 2 sınaq matçı keçirməyi planlaşdırıb.