
Boliviya Kubokunda "Bluminq" və "Oruro" komandaları arasında keçirilən matç oyunçular və məşqçilərin iştirakı nəticəsində kütləvi dava ilə başa çatıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mirror" yayıb.
Qarşılaşma 2:2 hesabı ilə nəticələnib. İki matçın nəticəsinə görə, "Bluminq" turnirin növbəti mərhələsinə yüksəlib. Ancaq hakimin final fitindən sonra futbolçular, məşqçilər və klub əməkdaşlarının iştirakı ilə tərəflər arasında dava düşüb. Polis münaqişəni dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Davadan sonra hakim 16 qırmızı vərəqə göstərib.
"Bluminq"in 10 oyunçusu qarşıdakı oyunda iştirak edə bilməyəcək.
Mirağa