
İspaniya mətbuatı "Barselona"nın Hans-Diter Fliklə yollarını ayıracağı halda, onu əvəz edəcək məşqçi ilə bağlı müxtəlif variantlar səsləndirir.
Fanat.Az xəbər verir ki, bu mövsüm qeyri-sabit nəticələrinə görə təzyiq altında olan alman baş məşqçinin yerinə əsas namizədlərdən biri kimi əvvəllər də Kataloniya klubunda çalışmış PSJ-li Luis Enrikedir.
Ancaq "El Nacional"-ın verdiyi məlumata görə, “Barselona”nın 18 yaşlı ulduzu Lamin Yamal ispaniyalının namizədliyini dəstəkləmir. O, bununla bağlı mövqeyini rəhbərliyə çatdırıb.
Luis Enrike 2023-cü ildən PSJ-nin baş məşqçisidir. O, 2014-2017-ci illərdə isə "Barselona"ya rəhbərlik edib.