
"Aston Villa"nın baş məşqçisi Unai Emeri klubun tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, o, "şirlər"in tarixində çempionatda ən çox qələbə qazanan baş məşqçi olub.
Bu, İngiltərə Premyer Liqasının 14-cü turunda "Brayton"a 4:3 hesabı ilə qalib gəldikləri görüşə təsadüf edib.
Məlumatı klubun mətbuat xidməti yayıb. qalib gəlib. Birmingem təmsilçisi Unai Emerinin rəhbərliyi altında Premyer Liqada 62-ci qalibiyyətini əldə edib ki, bu da klub tarixinin yeni rekordudur.
İispaniyalı çalışdırıcı hər ikisinin hesabında 61 zəfər olan Con Qreqori və Martin O'Nili keçib.
Premyer Liqada 14 matçdan sonra Birmingem komandasının 27 xalı var. "Aston Villa" turnir cədvəlində üçüncüdür, birinci yerdə olan "Arsenal" 6 xal çox toplayıb.