
Misli Premyer Liqasının 31-ci turunda "Zirə" ilə qarşılaşacaq "İmişli"nin oyuna neçə itki ilə çıxacağı bilinib.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Jorje Kaşkilya ev oyununda iki futbolçunun xidmətindən yararlana bilməyəcək.
Belaruslu qapıçı Andrey Sinenka və braziliyalı müdafiəçi Dioqo Rollo zədədən əziyyət çəkir. Qalan heyət üzvləri portuqaliyalı mütəxəssisin sərəncamındadır.
Qeyd edək ki, "İmişli" - "Zirə" matçı 8 mayda Qubada baş tutacaq və saat 16:30-da start götürəcək.
Mirağa