
Birinci Liqa təmsilçisi "Səbail"də növbəti ayrılıq yaşanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bakılıların qapıçılar üzrə məşqçisi Ülvi Xəlilzadə klubunu dəyişib.
UEFA B kateqoriyalı məşqçi Premyer Liqa təmsilçisi "İmişli" ilə anlaşıb. O, bölgə klubunun Akademiyasında fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Ülvi Xəlilzadə 2024/25 və 2025/26 mövsümlərində "Səbail"də baş məşqçi olan Elvin Məmmədov tərəfindən komandaya dəvət olunmuşdu.