
"Qalatsaray" daha bir transferdə xoşbəxt sona yaxınlaşır.
Fanat.Az xəbər verir ki, "cimbom" 20 yaşlı forvardla bütün şərtlərdə razılığa gəlib.
"Sarı qırmızılar" Mauro İkardinin gedişindən sonra Viktor Osimhendən əlavə hücumçu boşluğunu doldurmaq üçün Ukrayna liqasına üz tutub. Klub “Dinamo Kiyev”in gənc ulduzu Matvey Ponomarenko ilə razılığa gəlib.

Ukrayna təmsilçisi oyunçu üçün 30 milyon avro tələb edir. "Qalatasaray" tərəfi isə şərti satınalma hüququ ilə icarəyə götürəcək.
Qeyd edək ki, gənc forvard 2025/2026-cı illər mövsümündə 23 matça çıxıb 16 qol ilə yadda qalıb.
Əlisahib İbrahimli