
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - ÇSKA (Bolqarıstan) oyununun hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, matçı İtaliyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Qarşılaşmanın baş hakimi Daniele Çiffi olacaq. Ona Ciovanni Baççini və Alessandro Lo Çiçero kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. Oyunda Valerio Marini VAR, Federiko La Penna AVAR olacaq.
Komandaların Bolqarıstandakı duelində isə ədaləti belçikalı hakimlər qoruyacaqlar. FIFA referisi Bram Van Drişşeyə həmyerliləri Mişel Seldreyers və İv De Neve yardım edəcəklər. Kevin Van Damme isə dördüncü hakim olacaq.
Qeyd edək ki, "Qarabağ" - ÇSKA oyunu iyulun 23-də Bakıda, cavab matçı bir həftə sonra səfərdə keçiriləcək.