
"Barselona", "Arsenal", "Çelsi" və "Borussiya Dortmund" klublarının sabiq hücumçusu Pyer-Emerik Obameyanq karyerasını yenidən İspaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, o, "Deportivo"ya keçib.
"La Korunya" klubu 37 yaşlı qabonlu hücumçu ilə müqavilə imzaladığını rəsmən açıqlayıb. Anlaşmanın müddəti 2028-ci ilin iyun ayına qədərdir.
Ötən mövsüm Fransa çempionatında oynayan Obameyanq "Olimpik Marsel"də çıxış edib. O, sözügedən klubda 30 oyunda meydana çıxaraq 10 qol vurub.
2017/18 mövsümündə aşağı liqaya düşən "Deportivo" may ayında La Liqaya dönüşünü rəsmiləşdirib.