
Növbəti mövsüm Birinci Liqada çıxış edəcək "Xankəndi" ev oyunlarını Xankəndi şəhər stadionunda keçirəcək.
Bu barədə məlumatı Fanat.Az-a sözügedən klubun mətbuat xidmətindən məlumat verilib.
Klub nümayəndələrinin bu gün Azərbaycan Gənclər və İdman nazirliyində olaraq müvafiq rəsmilərlə görüşündə razılıq əldə olunub. İlkin razılaşmaya görə, "Xankəndi" ev oyunlarını doğma şəhərdə keçirsinlər. Gələn həftə tərəflər arasında artıq müqavilə imzalanacaq.
Nazirlikdən bildirilib ki, hazırda stadionda bərpa tamamlanma işləri davam edir. Çempionatın startına qədər işlər yekunlaşmasa, "Xankəndi" ilk 2-3 turdakı ev oyunlarını "Şamaxı" Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.
Qeyd edək ki, "Xankəndi" 1-ci liqada debüt edəcək.
Mirağa