
Türkiyə millisinin və "İnter" klubunun futbolçusu Hakan Çalhanoğlu bu yay İtaliya təmsilçisindən ayrılmayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı məşhur insayder Fabritsio Romano yayıb.
Məlumata görə, müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulan yarımmüdafiəçi komandada qalmağa davam edəcək. Onun ayrılması klubun planlarında yer almır.
"İnter" rəhbərliyi Çalhanoğlu ilə yeni müqavilə məsələsini dekabr və yanvar aylarında müzakirə edəcək.
32 yaşlı futbolçu 2021-ci ildən "İnter"in formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 30 oyunda 12 qol vurub, 7 məhsuldar ötürməyə imza atıb.
Əlisahib İbrahimli