11:07 17.08.2026 106

Tovuz və Gəncə akademiyalarında təlimlər keçirilib - FOTO

Azərbaycan futbolunda akademiya sisteminin inkişafı və məşqçilərin davamlı təhsilinin dəstəklənməsi istiqamətində AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Növbəti təlimlər “Turan Tovuz” FK Akademiyasında və “Kəpəz” FK Akademiyasında təşkil olunub.

Fanat.Az xəbər verir ki, təlimlərdə AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov, akademiyalar üzrə supervayzer Sakit Rzayev, koordinator Səid Abasov və akademiyalarda texnologiyaların tətbiqi üzrə mütəxəssis Ziya Əskərov iştirak ediblər.

Proqramın əsas hissələrindən biri AFFA-nın 5 Ulduz Akademiya İnkişaf Modelinin ətraflı təqdimatına həsr olunub. Məşqçilərə modelin strukturu, əsas inkişaf istiqamətləri, qiymətləndirmə meyarları və akademiyaların fəaliyyətinin sistemli şəkildə inkişaf etdirilməsində rolu izah olunub. Modelin akademiyaların mövcud vəziyyətini qiymətləndirməklə yanaşı, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində istifadə imkanları da müzakirə edilib.

Oyunçu inkişafına dair sessiyalarda Oyun Modeli (Game Model), Oyunçu İnkişaf Yolu (Player Pathway), Fiziki hazırlıq əsas mövzulardan olub. Bununla yanaşı, oyunçu profillərinin düzgün müəyyənləşdirilməsi, məşq sessiyalarının məqsədyönlü hazırlanması, oyunçuların inkişaf mərhələsinə uyğun məşq məzmununun seçilməsi və yüksək səviyyəli futbolçuların yetişdirilməsi üçün tələb olunan mühit barədə fikir mübadiləsi aparılıb.

Müasir texnologiyaların futbolçu inkişafında tətbiqinə də diqqət ayrılıb. Ziya Əskərov tərəfindən təqdim olunan Eyeball platforması vasitəsilə oyunçu inkişafının planlaşdırılması, məlumatların sistemləşdirilməsi, monitorinq və qiymətləndirmə imkanları məşqçilərə nümayiş etdirilib.

AFFA-nın Futbolun İnkişafı Departamenti akademiyaların inkişafını yalnız ayrı-ayrı təlimlərlə deyil, məşqçi təhsili, vahid metodologiya, strukturlaşdırılmış oyunçu inkişafı və akademiyaların fəaliyyətinin davamlı təkmilləşdirilməsi istiqamətlərinin bir-birini tamamladığı uzunmüddətli proses kimi qiymətləndirir.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Avqust 2026
12:17

"Neftçi" uğursuz start seriyasına son qoydu

11:59

Anje Mutsinzi: "Üçüncü və dördüncü pillə bizim hədəfimizdir"

11:40

Cəfərquliyev Zubirlə bağlı paylaşım etdi - FOTO

11:26

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:07

Tovuz və Gəncə akademiyalarında təlimlər keçirilib - FOTO

10:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:30

Ceymi Vardi Braziliyada yolunda - SON DURUM

10:09

"Sabahın Ulduzları": U-14 yaş qrupunda 4-cü tura yekun vuruldu - Fotolar/Nəticələr

09:45

Aleksandr Sörlot "Qalatasaray"a yaşıl işıq yandırdı

09:25

Nəriman Axundzadə Super Liqada debüt etdi

09:00

MPL: "Qarabağ" "Şamaxı" ilə qarşılaşır

01:43

Super Liqa: "Beşiktaş"a 1 qol bəs etdi

01:22

La Liqa: "Espanyol" darmadağına sevindi

16 Avqust 2026
23:42

“Şəfa”ya qarşı oynamaq daha çətin idi” - Rəşad Sadıqov

23:37

Zaur Həşimov məğlubiyyət və “Şəfa”nın gələcək planlarından danışdı

23:12

"Sumqayıt"ın baş məşqçisi məğlubiyyətdən sonra belə danışdı

22:57

MPL: "Neftçi" mövsümə qələbə ilə başladı, "Zirə" "Şəfa"ya aman vermədi

22:30

"Daha çox qol vura bilərdik" - Yuri Vernidub

22:16

PSJ yapon qapıçıdan imtina etdi

21:31

Komandası məğlub oldu, Mahir isə...

21:17

"Siti" Entso Fernandes üçün hərəkətə keçdi

20:31

Aaron Maluda "Barselona"ya qol vurdu

20:17

"Yuventus"dan Martines üçün yeni təklif

19:56

22 milyona alıb 25 milyona satırlar

19:17

"Arsenal" Viktor Osimhen üçün hərəkətə keçdi

18:51

"Real Madrid" 19 yaşlı istedadı istəyir

18:20

Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib

17:51

"Yuventus" Lunini istəsə də...

17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

Facebookdan bizi izləməyi unutmayın.
X