
“Sumqayıt” Futbol Klubunun əsas komandasının üzvü Səbuhi Abdullazadə əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb. Futbolçu təxminən 5 ay sonra meydana dönə biləcək.
Klub kapitanına şəfa diləyib, tezliklə yenidən komanda ilə birlikdə olmağı arzulayıb.