
"Zirə"nin müdafiəçisi Ruan Renato Misli Premyer Liqasının I turunda Bakı klubunun heyətində 100-cü çempionat matçına çıxıb.
Fanat.Az xəbər verir ki, 2023-cü ildən paytaxt təmsilçisində çıxış edən braziliyalı futbolçu bu görüşlərdə 13 qola imza atıb.
O, Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb.
Bu göstəricidə rekord "Neftçi"də 133 oyun keçirən Flavinyoya məxsusdur. Denis Silva isə 2 fərqli klubda 100 matç həddini aşıb:
Flavinyo ("Neftçi") – 133
Dodo ("Qəbələ") – 131
Denis Silva ("Neftçi") – 116
Denis Silva ("Şamaxı") – 113
Ruan Renato ("Zirə") – 100
Qeyd edək ki, Braziliya əsilli Riçard Almeyda "Qarabağ"da daha çox oyun keçirsə də, karyerasının gedişində Azərbaycan millisinin şərəfini qoruyub və legioner statusu daşımayıb.