
"Arsenal"ın braziliyalı vingeri Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Fabritsio Romano yayıb.
"Əl-Hilal"ın cinah hücumçusu mövqeyi üçün hazırladığı 3 nəfərlik namizəd siyahısına Martinelli də əlavə edilib.
Siyahıda yer alan oyunçulardan bir daha İngiltərədəndir. "Çelsi"nin şərəfini qoruyan portuqaliyalı Pedru Netu da transfer edilə bilər.
Qeyd edək ki, daha əvvəl "Napoli" və "Qalatasaray" komandaları da hücumçu ilə maraqlansalar da, o, təklifləri rədd edib.
Əlisahib İbrahimli