
Darvin Nunyesin "Trabzonspor"a icarə əsasında keçmək planları son anda reallaşmayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "beIN SPORTS" yayıb.
"Əl-Hilal"ın Avstriyadakı təlim-məşq toplanışının son günündə heyətdən kənarlaşdırılan uruqvaylı hücumçunun transferi rəsmiləşdirmək üçün ertəsi gün Türkiyəyə gəlməsi nəzərdə tutulurdu.
Lakin "Əl-Diriyə"nin prosesə qoşulması ilə vəziyyət dəyişib. Səudiyyə Ərəbistanı klubu Nunyesi bir mövsümlük icarəyə götürmək məqsədilə "Əl-Hilal"la danışıqlara başladı. Məlumata görə, "Əl-Diriyə" razılaşma çərçivəsində futbolçunun maaşının 75%-ni ödəməyi təklif edib.
Bu inkişafdan sonra "Əl-Hilal" "Trabzonspor"la danışıqları dayandırıb.
Əvvəlcə Qara dəniz təmsilçisinə icarəyə keçməsi planlaşdırılsa da, son hadisələrdən sonra Nunyesin bir mövsümlük icarə əsasında "Əl-Diriyə"yə qoşulacağı gözlənilir.
Əlisahib İbrahimli