
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsi start götürəcək.
Fanat.Az xəbər verir ki, Liqa mərhələsinə vəsiqə uğrunda son raundun bütün ilk oyunları eyni gündə baş tutacaq.
12 matçdan 2-si Türkiyədə reallaşacaq. Qardaş ölkə təmsilçilərindən "Beşiktaş" Litvanın "Kauno Jalgiris" komandasını sınağa çəkəcək. "Trabzonspor" isə öz meydanında Macarıstan nəhəngi "Ferentsvaroş"la münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Albaniyada Norveç "Lillestrom"unu qəbul edəcək.
Qeyd edək ki, pley-off mərhələsinin cavab görüşləri 27 avqustda baş tutacaq.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
20 avqust
19:00. Kayrat (Qazaxıstan) – Anderlext (Belçika)
20:00. Yagelloniya (Polşa) – İberiya (Gürcüstan)
20:00. Myelbyü (İsveç) - Zalzburq (Avstriya)
21:00. Beşiktaş (Türkiyə) – Kauno Jalgiris (Litva)
21:00. Lex (Polşa) – Tun (İsveçrə)
21:00. Universitatya Krayova (Rumıniya) – Ararat-Armenia (Ermənistan)
21:00. Eqnatiya (Albaniya) – Lillestrom (Norveç)
21:00. Trabzonspor (Türkiyə) – Ferentsvaroş (Macarıstan)
22:00. OFİ (Yunanıstan) – ÇSKA Sofiya (Bolqarıstan)
22:00. Sent-Trüyden (Belçika) – Omoniya (Kipr)
22:00. Srvena Zvezda (Serbiya) – Viktoriya (Çexiya)
23:00. Benfika (Portuqaliya) – Orhus (Danimarka)