
"Real Madrid"in baş məşqçisi Joze Mourinyo altı oyunçusunu toxunulmaz elan edib.
Fanat.Az xəbər verir ki, bunu "Cadena Ser" açıqlayıb.
Mənbənin məlumatına görə, söhbət Tibo Kurtua, Mark Kukurelya, Cud Bellingem, Kilian Mbappe, Yan Diomande və Vinisius Juniordan gedir. Onlar komandanın onurğa sütununu təşkil edəcəklər.
Lakin portuqaliyalı hələ mərkəzdə və müdafiənin sağ cinahında son seçimini etməyib. Din Heysen və İbrahima Konate çempionatın startından əvvəl üstünlüyə sahib olsalar da, Trent Alexander-Arnold ilə Denzel Dumfris də toxunulmaz statusu ala bilər.
Mourinyunun yarımmüdafiədə də bir neçə variantı var. Hücumda isə əsas oyunçular Bellingem, Vinisius, Diomande və Mbappe əsas heyətin daimi üzvləri olacaqlar.
Qeyd edək ki, "Real Madrid" La Liqanın yeni mövsümündəki ilk oyununu 22 avqustda səfərdə "Espanyol"a qarşı keçirəcək.
Mirağa