12:17 01.09.2026 113

Məhsuldarlıq aşağı oldu, liderlər dəyişmədi - STATİSTİKA

Misli Premyer Liqasında 3-cü tura yekun vurulub. Son turda ən aşağı məhsuldarlıq - cəmi 5 qol qeydə alınıb. Bu da hər oyuna təxminən 0,83 qol deməkdir.

Əvvəlki turlar üzrə məhsuldarlıq belədir: 1-ci tur - 13, 2-ci tur - 10. 

3 tur ərzində 16 oyun ("Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" görüşləri təxirə salınıb) keçirilib və bu görüşlərdə vurulan qol sayı 28-ə bərabərdir. Bu da hər oyuna təxminən 1,6 qol deməkdir. 
 
Fanat.Az-ın hesablamasına görə, son turda vurulan 5 qoldan 3-nə eyni sayda futbolçunun adı məhsuldar ötürmə müəllifi kimi qeyd olunub. 

"İmişli"də Azər Salahlı, "Kəpəz"də Kennet Kalunqa, "Zirə"də isə Davit Volkov komandasına qələbə gətirən yeganə qolda assistlə yadda qalıb.

Beləliklə, qol ötürməsi üzrə mübarizədə lider(lər) dəyişməyib. Hesabında 2 assist olan "Neftçi"lilər - Freddi Varqas ilə Emin Mahmudov liderliklərini qoruyublar.

Ümumilikdə, 3 tur ərzində vurulan 28 qoldan 16-na 14 oyunçunun adı məhsuldar ötürmə müəllifi kimi yazılıb. Qalan qollar isə avtoqol, penalti, standart vəziyyətlər, rəqib oyunçulardan qayıdan toplar və sair epizodlardan qeydə alınıb. 

1. Freddi Varqas ("Neftçi") - 2
2. Emin Mahmudov ("Neftçi") - 2
3. Dioqu Balau ("Turan Tovuz") - 1
4. Ayxan Hüseynov ("Zirə") - 1
5. Ruan Renato ("Zirə") - 1
6. İsmayıl Zülfüqarlı ("Şəfa") - 1
7. Rüfət Abbasov ("Neftçi") - 1
8. Breno Almeyda ("Neftçi") - 1
9. Draqolyub Saviç ("Neftçi") - 1
10. Edvin Banquera ("İmişli") - 1
11. İssa Cibrila ("Zirə") - 1 
12. Azər Salahlı ("İmişli") - 1
13. Kennet Kalunqa ("Kəpəz") - 1
14. Davit Volkov ("Zirə") - 1

3 tur ərzində assistentlik edən futbolçular:

1-ci tur

"Turan Tovuz" - "Qəbələ": Dioqu Balau ("Turan Tovuz") 
"Sumqayıt" - "Neftçi": Emin Mahmudov ("Neftçi")
"Sumqayıt" - "Neftçi": Freddi Vaqras ("Neftçi") - 2
"Zirə" - "Şəfa": Ayxan Hüseynov ("Zirə")
"Zirə" - "Şəfa": Ruan Renato ("Zirə")

2-ci tur

"Qəbələ" - "Şəfa": İsmayıl Zülfüqarlı ("Şəfa")
"Zirə" - İmişli": İssa Cibrila ("Zirə") 
"Zirə" - İmişli": Edvin Banquera ("İmişli")
"Neftçi" - "Araz-Naxçıvan": Rüfət Abbasov ("Neftçi")
"Neftçi" - "Araz-Naxçıvan": Breno Almeyda ("Neftçi")
"Neftçi" - "Araz-Naxçıvan": Emin Mahmudov ("Neftçi")
"Neftçi" - "Araz-Naxçıvan": Draqolyub Saviç ("Neftçi")

3-cü tur

"Şəfa" - "İmişli": Azər Salahlı ("İmişli")
"Kəpəz" - "Turan Tovuz": Kennet Kalunqa ("Kəpəz")
"Zirə" - "Neftçi": Davit Volkov ("Zirə")

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Sentyabr 2026
12:36

"Mançester Siti" Ndiayeni gətirir

12:17

Məhsuldarlıq aşağı oldu, liderlər dəyişmədi - STATİSTİKA

11:58

"Gəncəbasar" 23 yaşlı yarımmüdafiəçini transfer etdi

11:40

Salahın adı yaşadığı küçəyə veriləcək

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Fənərbağça" Can Uzunu rənglərinə bağlamaq istəyir

10:49

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

10:30

"Sabahın Ulduzları": "Qarabağ"la "Sabah"ın duelində qalib müəyyənləşmədi

10:09

İkinci Liqada mövsüm start götürür

09:48

Zamiq oynadı, komandası...

09:25

Kənan Yıldız əməliyyat olundu

09:00

Benzema klubsuz qaldı

02:23

"Real Madrid" daha bir ulduzu heyətinə qatır

01:44

La Liqa: "Barselona" "Rayo Valekano"nu əliboş yola saldı

01:33

Premyer Liqa: "Arsenal"dan çətin qələbə

01:20

A Seriyası: "Roma" darmadağına sevindi

00:54

"Qalatasaray"da şok ayrılıq

31 Avqust 2026
23:49

Qurban Qurbanov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

23:25

Filipe Kandido "Qarabağ"a məğlubiyyətdən sonra nə danışdı?

22:58

"Sabah"ı yox, bu klubu seçdi

22:06

MPL: "Sabah"dan minimal hesablı qələbə, "Qarabağ" "Sumqayıt"ı məğlub etdi

21:41

"Komandamızın potensialı böyükdür" - Zaur İsmayılov

21:21

"Neftçi" xorvatiyalı yarımmüdafiəçi ilə gücləndi - RƏSMİ

20:47

Azərbaycan cüdoçuları beynəlxalq turniri 11 medalla başa vurublar

20:30

"Liverpul" 18 yaşlı hücumçu ilə anlaşdı

20:12

Qismət Novruzov federasiyadan narazıdır

19:50

Argentina millisində Messi dövrü başa çatdı

19:14

"Sabah" rumınların transfer arzusunu ürəyində qoydu

18:33

Tarixi rekord: Cekpot ilk dəfə 2 000 000 manatı keçdi

18:16

Uotkins "Əl-Hilal"ın şərəfini qoruyacaq

17:52

"Mançester Siti" 22 yaşlı vingeri heyətinə qatdı - RƏSMİ

17:34

"Xankəndi"nin həkimi getdi

17:16

"Liverpul" 18 yaşlı qapıçı üçün 35 milyon avro ödəyəcək

16:57

"Araz-Naxçıvan"ın vingeri "Şirvan"da!

16:20

Elhad Nəziri: "Gec yığışdığımız üçün futbolçu seçimində çətinliklərimiz oldu"

16:02

"Mingəçevir"dən daha 5 transfer - ADLAR

15:44

Azərbaycan Basketbol Federasiyası məşqçilik seminarı və imtahanları keçirəcək

15:19

İkinci Liqa təmsilçisi yeni qapıçı transfer etdi

15:01

"Zirə"nin qapıçısı digər Azərbaycan klubu ilə müqavilə bağladı

14:43

"Xankəndi"dən ayrılan vinger "işıqçılar"a qoşuldu

Facebookdan bizi izləməyi unutmayın.
X